İran və Rusiya Rəşt - Astara dəmir yolunun tikintisi üçün müqavilə imzalayacaq

15:16 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. İran və Rusiya bir ay ərzində Rəşt – Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar.

ABC.AZ xarici KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə direktoru Huşanq Bazvand bildirib.

“Proqnozlara görə, bir aydan az müddətdə İranın nümayəndə heyəti müqavilənin imzalanması üçün Rusiyaya yollanacaq və bundan sonra faktiki olaraq Rəşt – Astara dəmir yolunun tikintisi üzrə işlərə başlanacaq”, – deyə H.Bazvand bildirib.

Onun sözlərinə görə, İran dəmir yolunun layihələndirilməsi və tikintisi məsələsində Rusiya tərəfindən irəli sürülən təkliflərin təxminən 70 %-ni qəbul edib. O, əlavə edib ki, baş podratçı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturuna daxil olan “Xatəm əl-Ənbiya” tikinti şirkəti seçilib.