10:23 - 16.12.2025
16 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin III rübü üzrə hesabatların gecikmə ilə təqdim edilməsi səbəbilə daha iki kredit ittifaqına icrası məcburi olan göstəriş verib.
ABC.AZ xəbər verir ki, “Hacıoğlu Kredit İttifaqı” MMC və “Yeni Daşkənd Kredit İttifaqı” MMC tərəfindən rüblük hesabatlar “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilib.
Bununla əlaqədar Mərkəzi Bank “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndini rəhbər tutaraq, hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim olunması barədə hər iki kredit ittifaqına məcburi göstəriş verib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026