17:31 - 26.10.2018
26 oktyabr, Fineko/abc.az. Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov sərnişin axınının artırılması üzrə planları açıqlayıb.
Cahangir Əsgərovun sözlərinə əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 10% çoxdur.
“Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır”, - C. Əsgərov belə deyib.