09:27 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarətdə etalon markaların neft qiymətləri cüzi yüksəlir.
Saat 09:16-a olan məlumata əsasən ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti $0,07 (0,11%) artaraq bir barel üçün $62,52-a yüksəlib. Dekabrın 2-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,72 (1,14%) azalaraq bir barel üçün $62,45-a enib.
Saat 09:16-a olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,06 (0,10%) artaraq bir barel üçün $58,70-a yüksəlib. Dekabrın 2-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,68 (1,15%) ucuzlaşaraq bir barel üçün $58,64-a düşüb.