17:07 - 2.12.2025
2 dekabr, Fineko/abc.az. Qazaxıstanda taxıl yüklü vaqonların Orta Asiya və Çin istiqamətində yığılması davam edir ki, bu da ixracı ləngidir və ənənəvi bazarlarda buğda və un çatışmazlığına səbəb olur.
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstan Taxıl İttifaqının analitika komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib.
Onun sözlərinə görə, Sarıağaş stansiyası vasitəsilə göndərişlərin qismən bərpasına baxmayaraq, yüklənmiş vaqonların və yarımçıq qalmış qatarların yaratdığı çətin vəziyyət həm Orta Asiya, həm də Çin istiqamətində davam edir. Dekabr ayı üçün Qazaxıstan Dəmir Yolları planları Özbəkistan dəmir yolunun infrastruktur imkanlarına uyğun şəkildə razılaşdırıb.
Həftə ərzində buğdanın qiymətlərində ciddi dəyişiklik olmayıb: ölkə daxilində 3-cü sinif buğdanın qiyməti tonuna 85–138 min təngə, 4-cü sinif - 76-80 min təngə, 5-ci sinif — 70–74 min təngə təşkil edib. İxrac qiymətləri isə belə olub: 3-cü sinif — 215–298 ABŞ dolları/ton, 4-cü sinif — 200–205 dollar/ton, 5-ci sinif — 193–197 dollar/ton.