16:07 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. Bu ilin noyabrın 1-nə tikinti sahəsinə yönələn kreditlərin ümumi həcmi 1 milyard 511,6 milyon manat olub.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon manat və ya 2,4% artım deməkdir.
Belə ki, ötən ilin noyabrın 1-də tikinti şirkətlərinə 1 milyard 476,8 milyon manat kredit ayrılmışdı.
Artım ilin əvvəlindən və son ayla müqayisədə daha sürətli olub. Ötən ilin sonuna (1 mlrd. 369 mln. manat) nəzərən portfel 142,6 milyon manat (10,4%) böyüyüb. Son bir ayda (oktyabra nəzərən) isə 9,2 milyon manatlıq (0,6%) artım qeydə alınıb.
Xatırladaq ki, tikinti sektoruna verilən kreditlər bu ilin oktyabrın 1-nə 1 milyard 502,4 milyon manat, ötən ilin sonunda 1 milyard 369 milyon manat, ötən ilin eyni dövründə isə 1 milyard 476,8 milyon manat təşkil edirdi.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026