Azərkosmos tərəfindən dünyanın 41 ölkəsinə xidmətlər ixrac edilib

11:30 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 14,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  3,9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 904.8 min ABŞ dolları ilə İsveç, 696,7 min ABŞ dolları ilə Türkiyə, 695,4 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.