«Vodafone Türkiye» birinci rübdə 826 mln. dollarıq servis gəliri əldə edib

15:49 - 28.07.2026


28 iyul, Fineko/abc.az. «Vodafone Türkiye» 2026-2027-ci maliyyə ilinin birinci rübünün (Aprel–İyun 2026) maliyyə və əməliyyat nəticələrini açıqlayıb.

Hesabat dövründə şirkətin servis gəlirləri 38,2 milyard türk lirəsi (növbəti rüb məzənnəsi ilə təxminən 826,4 milyon ABŞ dolları) təşkil edib. Şirkətin Türkiyədəki 20 illik fəaliyyəti ərzində həyata keçirdiyi investisiyaların ümumi real dəyəri isə 500 milyard TL-ni (təxminən 10,8 milyard ABŞ dolları) ötüb.

Şirkətin əsas əməliyyat göstəriciləri:

•      Mobil abunəçi sayı: M2M (qurğulararası rabitə) daxil olmaqla 32,3 milyona çatıb (xalis mobil abunəçi sayı: 25,4 milyon).

•      Pilləli (fakturalı) abunəçilər: Rüblük 88 min artaraq 21,8 milyona yüksəlib və ümumi mobil abunəçi bazasının 85,8%-ni təşkil edib.

•      Genişzolaqlı internet: Sabit genişzolaqlı internet abunəçilərinin sayı 1,3 milyon olub.

•      Rəqəmsal kanallar: Aylıq aktiv rəqəmsal müştəri sayı 17 milyona çataraq rekord vurub. «Vodafone Yanımda» və «Online Self Servis» tətbiqlərində aylıq qarşılıqlı əlaqə sayı 300 milyonu keçib.

•      Data istifadəsi və maliyyə xidmətləri: İlk rübdə ümumi mobil məlumat (data) istifadəsi 1 650 petabayt təşkil edib. «Vodafone Pay» maliyyə məhsulundan istifadə edənlərin sayı isə 10,44 milyona yüksəlib.