Bitkoin məzənnəsi 11 apreldən etibarən ilk dəfə 82 min dollara düşdü

14:33 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Ticarət zamanı bitkoinin dəyəri 10%-dən çox azalaraq 11 aprel 2025-ci il tarixindən etibarən ilk dəfə 82 min dollara düşüb.

ABC.AZ xəbər verir ki, saat 11: 33-də (Bakı vaxtı ilə) bitkoin 8,07% azalırdı və 20 aprel 2025-ci il tarixindən eibarən ilk dəfə 84,617 min dollar səviyyəsində olub. Saat 11: 34-ə olan məlumata görə kriptovalyuta azalmanı sürətləndirdi və bu ilin 11 aprel tarixindən bəri ilk dəfə 82 min dollara (-10,99 %) düşdü.

Bitkoin daha sonra enişi azaldaraq 84,029 min dollar (-9,02%) səviyyəsində saxladı. Bu barədə saat 11:53-ə olan tender məlumatlarında deyilir. Eyni zamanda, kapitallaşma üzrə ikinci kriptovalyuta olan Ethereum (ETH) dəyəri 10,59% azalaraq 2 719,66 dollara düşdü.

Coinmarketcap-ın noyabrın 21-ə olan məlumatına görə, bütün kriptovalyuta bazarının kapitallaşması gündə 8,72% azalaraq 2,86 trilyon dollar təşkil edib.