15:57 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. Card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyası qorunub saxlanılmalıdır.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O qeyd edib ki, inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir.
"Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk. Hesab edirik ki, islahatların davamı olaraq "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir. Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla "sandbox" rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcəkdir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər", - deyə sədr qeyd edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026