11:58 - 18.11.2025
18 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 52,3 milyon ABŞ dolları dəyərində 173,1 min ton neft koksu ixrac edilib.
ABC.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,1 milyon ABŞ dolları və ya 3,7 dəfə, həcm ifadəsində isə 6,1 min ton və ya 3,6% çoxdur.
Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,24% paya malik olub.
Eyni zamanda cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində 4,4 min ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları və ya 5,2 dəfə, həcm ifadəsində isə 3,2 min ton və ya 3,7 dəfə çoxdur.
Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracında 0,01% paya malik olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026