Rover X1 robot it cmartfondan daha ucuzdur — təxminən $1000

13:53 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Yuejiang Robotics şirkətinin təqdim etdiyi Rover X1 “dünyanın ilk ağıllı ev robot iti” adlandırılır. 

ABC.AZ xəbər verir ki, Robot ətraf mühiti yalnız obyektləri tanımaqla deyil, həm də, məsələn, otaqları patrul edərkən şəkil çəkməklə müşahidə edə bilən bir neçə kameradan ibarət sistem vasitəsilə “görür”. Ev köməkçisi və ya mühafizə robotu kimi istifadə oluna bilər. Qiyməti təxminən 1000 dollar olacaq, bu da Spot modelindən (70 000 dollar) xeyli ucuzdur. Satışlar Çində başlanacaq.

Artıq məlumdur ki, Rover X1-in qiyməti təxminən 7499 yuan (təxminən 1000 dollar) olacaq.
Yeni model ilk olaraq Çində tezliklə satışa çıxarılacaq.