11:48 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Amazonun 2025-ci ilin üçüncü rübü üzrə hər səhmə düşən mənfəəti 1,95 dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəki 1,43 dollardan və konsensus proqnozu olan 1,57 dollardan yüksəkdir. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 13,4% artaraq 180,17 milyard dollar təşkil edib və analitiklərin 177,91 milyard dollarlıq proqnozundan yuxarı olub.
ABC.AZ xəbər verir ki, Şimali Amerikada satışlar 11,2% artaraq 106,27 milyard dollara, Beynəlxalq satışlar 14% artaraq 40,90 milyard dollara çatıb. Amazon Amazon Web Services (AWS) bulud bölməsi 33,01 milyard dollar (+20%), reklam 17,70 milyard dollar (+24%) qazandırıb.
Amazon rəhbəri Endi Cessi qeyd edib ki, AI biznesin bütün sahələrində nəzərəçarpacaq irəliləyişlər, AWS isə 2022-ci ildən bəri görlməyən artım templərini nümayiş etdirir. Şirkət ilin sonuna qədər 2,3 mindən çox yaşayış məntəqəsini ekspress çatdırılma ilə əhatə etməyi planlaşdıraraq gücünü genişləndirməyə və çatdırılmanı sürətləndirməyə davam edir.
Amazon dördüncü rübdə gəliri 206-213 milyard dollar səviyyəsində proqnozlaşdırır, bazar isə 208,41 milyard dollar proqnozunu verib.
Əsas ticarət sessiyası başa çatdıqdan sonra Amazon səhmləri 9,9% artır.