12:05 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Ticarət və iqtisadi əməkdaşlıq Pekin və Vaşinqton arasındakı münasibətlərin sabitləşdirici amili və hərəkətverici qüvvəsi olmağa davam etməlidir.
ABC.AZ xəbər verir ki, bunu Cənubi Koreyanın Busan şəhərində ABŞ prezidenti Donald Trampla danışıqlarda ÇXR Sədri Si Cinpin deyib.
"Ticari-iqtisadi əməkdaşlıq bundan sonra da Çin və ABŞ arasında münasibətlərin sabitləşdirici amili və hərəkətverici qüvvəsi olaraq qalmalıdır. Hər iki tərəf ümumi maraqları nəzərə almalı, əməkdaşlığın uzunmüddətli faydalarına daha çox baxmalı və qarşılıqlı qisas tələsinə düşməməlidir. Hər iki tərəfin komandaları bərabərlik, hörmət və qarşılıqlı fayda prinsipləri əsasında danışıqları davam etdirə, problemlərin siyahısını daim azalda və əməkdaşlıq üçün məsələlərin siyahısını genişləndirə bilərlər", - deyə o bildirib.
30 İyul 2026
28 İyul 2026