"Azəriqaz" İB sumqayıtlıları yenə qazsız qoydu

11:54 - 30.10.2025


30 oktyabr, Fineko/abc.az. Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.