Bu iki ölkə birlikdə sərnişin təyyarələrini istehsal etmək istəyirlər

15:56 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Hindistan və Rusiya sərnişin təyyarələrinin birgə istehsalına dair müqavilə imzalayıblar.

ABC.AZ xəbər verir ki, Hindistanın “Hindustan Aeronautics Ltd.” (HAL) dövlət şirkəti Rusiya Birləşmiş aviasiya korporasiyası (OAK) ilə yerli SJ-100 xətlərinin mülki təyyarələrinin istehsalı ilə bağlı müqavilə imzalayıb.

Razılaşmanın bir hissəsi olaraq, HAL Hindistan müştəriləri üçün iki mühərrikli dar gövdəli SJ-100 təyyarəsinin istehsalı hüquqlarını əldə edəcək.