Azərbaycanın ağ şəkər ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 70% artıb

12:37 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın ağ şəkər ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 70% artıb və əsas bazar Mərkəzi Asiyadır.

ABC.Az xəbər verir ki, cari ilin yanvar–avqust aylarında ölkədən ixrac olunan şəkərin ümumi həcmi 55.5 min ton olub, bu isə 2024-cü ilin 32.6 min tonluq göstəricisindən çoxdur. İxracın dəyəri 39.5 milyon dollar təşkil edib, illik artım 58% olub. Belə ki, ötən il 24.98 milyon dollar idi.

Bu ixracı həyata keçirən isə “Azersun Holding”in “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC şirkətidir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin müvafiq dövründə şəkər istehsalçıları istehsalı 21 faiz artırmaqla 256.6 min tona yüksəlib.