Türkiyə öz istehsalı olan turboreaktiv mühərriklərini ixrac etməyə başlayıb

16:40 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Türkiyə və Braziliya arasında turboreaktiv raket mühərriklərinin tədarükünə dair müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Kale Group” Direktorlar Şurasının sədr müavini Osman Okyay bildirib.

O qeyd edib ki, şirkət tərəfindən hazırlanmış mühərriklər əsasən qanadlı raketlərdə istifadə olunur. O, Braziliyanın ilk xarici alıcı olduğunu və bu ilin sonuna qədər daha bir neçə ölkəyə tədarükünün planlaşdırıldığını bildirib. Hazırda 10-12 dövlətlə danışıqlar aparılır.

O, həmçinin vurğulayıb ki, Türkiyə turboreaktiv mühərriklərin istehsalı sahəsində yeni mərhələyə qədəm qoyub və özünü dünya müdafiə sənayesi bazarının etibarlı iştirakçısı kimi tanıdıb.