Azərbaycan TAP vasitəsi ilə Avropaya nə qədər qaz ixracı sifarişi alıb?

15:02 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 20-də 366 milyon 941 min 291 kVt/saat həcmində sifariş alıb.

ABC.AZ TAP-ın elektron platformasına istinadən xəbər verir ki, bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 1,93 % çoxdur.

Kipoi çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə 8,04 % azdır. Oktyabrın 15-də və 16-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 8,05 % isə azdır. Oktyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 %, oktyabrın 18-də və 19-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 9,79 % isə azdır.

Müəllif: Elmir Murad