14:35 - 13.10.2025
13 oktyabr, Fineko/abc.az. Türkiyə son dörd ildə turizm səfərlərinin qiymət artımına dair istiqamətlərin reytinqinə başçılıq edib: 2021-ci ilin avqust ayından bu ölkəyə istirahətə səfər 218% bahalaşıb.
ABC.AZ xəbər verir ki, avqust ayında Rusiyadan uçuşla səyahət orta hesabla 88 min rubla başa gəlib. Bu məbləğin nəqliyyat xərcləri təxminən 28%-ni təşkil edirdi.
Qiymət artımına beş əsas amil təsir edib: nəqliyyat xərcləri, Türkiyədəki qiymət dinamikası, dolların məzənnəsi, təklif parametrlərinin dəyişməsi, o cümlədən ən əlçatan istiqamətlərin sayının azalması və turizm agentliklərinin əlavələrinin artması.
2024-cü ilin yekunlarına görə, Türkiyə Rusiyalıar üçün xarici səfərlərin ümumi həcmində lider olaraq qalır.