11:26 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Türkiyədə Rusiya energetik kömürünə tələbat artır, bu da onun qiymətinin bir tona $94,5-a (CFR) yüksəlməsinə, yəni həftə ərzində 3,3% artmasına və fevral ayından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.
ABC.AZ xəbər verir ki, əsas alıcılar qış mövsümündən əvvəl ehtiyatları dolduran sement zavodları və enerji şirkətləridir.
Enerji və Maliyyə İnstitutunun məlumatına görə, yanvar-avqust aylarında Türkiyə Rusiyadan kömür idxalını illik müqayisədə 34% artıraraq 21,3 milyon tona çatdırıb. İyun-avqust aylarında bu göstərici 28% artaraq 8,3 milyon tona çatıb. Kuzbassdan Taman limanına dəmir yolu təchizatı xüsusilə nəzərəçarpacaq dərəcədə — sentyabr ayında 3,3 dəfə, 300 min tona qədər artıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026