11:00 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayını təqdim edib.
ABC.AZ xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi məhsulları 24,3%, pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2% artıb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026