Azərbaycana Körfəz ölkələrindən gələn pul köçürmələri artıb

17:32 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. 2025-ci ilin ilk yarımilində Azərbaycana Körfəzi ölkələrindən gələn pul köçürmələrinin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər veir ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt daxil olmaqla bu ölkələrdən Azərbaycana daxil olan vəsaitlər 35.7 milyon dollardan 48.4 milyon dollara yüksəlib.

Bu, təxminən illik müqayisədə 36 faiz artım deməkdir.

BƏƏ-dən gələn vəsait 15.1 milyon dollardan 18.5 milyon dollara yüksəlib, Səudiyyə Ərəbistanından daxilolmalar 9.4 milyon dollardan 12.7 milyon dollara çatıb. Qətərdən köçürmələr 5.2 milyon dollardan 8.4 milyon dollara yüksəlib, Küveytdən isə 1.6 milyon dollarla sabit qalıb.

Azərbaycandan Körfəzdəki ölkələrə göndərilən pul baratları isə ümumilikdə artım göstərib. BƏƏ-ə göndərişlər 7 milyon dollardan 11.2 milyon dollara, Səudiyyə Ərəbistanına 9.4 milyon dollardan 12.7 milyon dollara yüksəlib.

Qətər və Küveyt istiqamətində isə artım nisbətən azdır. Məsələn, Qətərə köçürmələr 5.2 milyon dollardan 5.9 milyon dollara, Küveytə isə 1.6 milyon dollara yaxın – sabit qalıb.