"Port Baku"nun yanında metro stansiyası olacaq

11:40 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Bakıda "Port Baku" kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.

Bu barədə  "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib. (©) Report