Avropalıların təxminən yarısı dondurulmuş ərzaqları seçir — Səbəb

15:01 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Avropalıların təxminən yarısı (47%) ətraf mühit səbəbləri də daxil olmaqla dondurulmuş qidalar almağa üstünlük verir.

ABC.AZ xəbər verir ki, bu, Avropanın ən iri dondurulmuş qida ərzaqları şirkəti “Nomad Foods” tərəfindən sifariş edilən sorğunun nəticələrindən irəli gəlir.

Avropa İstehlakçılar Təşkilatına görə, Avropada hər il təxminən 59 milyon ton qida tullantıları əmələ gəlir.

Bu problemin həlli üçün ən effektiv variantlardan biri dondurulmuş balıq, ət, quş əti, dəniz məhsulları, meyvə ilə tərəvəzdir, — təşkilatın mütəxəssisləri hesab edirlər.

Qida tullantıları təkcə qidanın deyil, o cümlədən yanacaq, su, torpaq, işçi qüvvəsi, gübrə və qablaşdırma da daxil olmaqla, onun istehsalında və daşınmasında istifadə olunan resursların itkisidir.

Məhsullar tullantı sahələrində çürüməyə başladıqda isə metan qazı xaric olunur ki, bu da qazın qlobal istiləşməyə səbəb olan istixana qazları içindəki payı təxminən üçdə bir hissəsidir.