14:27 - 23.09.2025
23 sentyabr, Fineko/abc.az. İndoneziya və Avropa Birliyi, Aİ bazarına idxal edildikdə İndoneziya mallarının 80%-i üçün tariflərin ləğv edilməsini nəzərdə tutan hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi (IEU-CEPA) imzalayıbar.
ABC.AZ xəbər verir ki, bu barədə İndoneziyanın ANTARA agentliyi məlumat yayıb.
Məlumata görə, həmçinin palma yağı, balıq və tekstil məhsullarının tarifləri də ləğv ediləcək.
İndoneziyanın əlaqələndirici iqtisadiyyat naziri Airlangga Hartartonun sözlərinə görə, ölkə 1 yanvar 2027-ci ildə qüvvəyə minəcək razılaşmanı nəzərdə tutur. Onun sözlərinə görə, "Sazişin həyata keçirilməsinin ilk beş ilində İndoneziya ilə Aİ arasında ticarət iki dəfə artmalıdır."
Ticarət üzrə Avropa komissarı Maroş Şefçoviç qeyd edib ki, saziş Avropa investisiyalarının İndoneziyaya axınını gücləndirəcək və "xüsusilə İndoneziyanın zəngin olduğu kritik mühüm minerallar sahəsində tədarük zəncirlərinin şaxələndirilməsinə kömək edəcək".
İndoneziya İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ildə tərəflər arasında ticarətin həcmi 30,1 milyard dollar təşkil edib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026