Tesla əlillər üçün Robotaxi yaradır

11:37 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Tesla bildirib ki, şirkət Robotaxi-nin əlillər üçün yeni versiyasının yaradılması üzərində işləyir.

ABC.AZ xəbər verir ki, Robotaxi tətbiqetməsindəki yeniləmə, Teslanın xüsusi avtomobillərə ehtiyacı olan insanlar üçün bir həll üzərində işlədiyini və şirkətin Robovan fotoşəkilindən istifadə etdiyini göstərir.

Tesla şirkətinin baş direktoru İlon Mask, müvafiq suala "Sözsüz" cavab verərək məlumatı təsdiqləyib.
Xatırladaq ki, Robovan ötən il keçirilən tədbirdə təqdim olunmuşdur.