11:20 - 13.11.2017
13 noyabr, Fineko/abc.az. Bu gün Bakının “qara bazarında” avro bahalaşıb.
Dolların alışı 1,6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb. Avronun alışı 1.97 manat, satışı isə 1.99 manat, rus rublunun isə alışı 0,0283-0.0284 manatdan 0,0282-0,0283 manata qədər ücuzlaşıb, satışı isə 0.0285 manatdır.
Azərbaycan Mərkəzi Bankın açıqlamasına əsasən, 13 noyabr tarixində avro məzənnəsi 1,9812 AZN, dollar məzənnəsi 1,7002 AZN, rubl məzənnəsi 0,0287 AZN səviyyəsindədir.