11:37 - 17.09.2025
17 sentyabr, Fineko/abc.az. İlon Mask Macrohard layihəsinin gerçəkliyini təsdiqləyib.
"Biz sözün əsl mənasında Memfisdə Colossus II superkompüterinin yerləşdiyi binanın damına Macrohard yazısını yerləşdiririk, yazı isə kosmosdan görünəcək qədər böyük olacaq" deyə xAİ-nin qurucusu tvitində yazıb.
ABC.AZ xəbər verir ki, daha əvvəl məlum oldu ki, xAİ şirkətindən əlavə milyarder Macrohard adlı "yalnız AI proqram təminatı şirkəti" yaratmağa qərar vermişdi.
Avqustda elan olunan Macrohard layihəsi Tennessi ştatının Memfis şəhərində yerləşən Colossus II superkompüteri ilə sıx bağlıdır. Bu superkompüter 550 000 Nvidia GPU ilə dünyanın ən güclü süni intellekt klasterlərindən biridir və 1 milyona qədər genişləndirilməsi planlaşdırılır.
xAİ artıq Macrohard ticarət nişanını qeydiyyata alıb və mütəxəssisləri işə götürür.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026