Azərbaycanda bu siqaret istehsalçıları birləşir

14:13 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. “Caspian Galaxy” MMC-nin fəaliyyətinə xitam verilərək “Baku İnternational Tobacco” MMC-yə qoşulduğunu elan edir.

ABC.AZ xəbər verir ki, bu şirkətlərin verdikləri elanlarda bildirilir. Sözügedən məlumatda qeyd olunur ki, bundan sonra “Caspian Galaxy” MMC-nin hüquq və vəzifələri “Baku İnternational Tobacco” MMC-yə keçir. “Baku İnternational Tobacco” MMC “Caspian Galaxy” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğu barədə elan edir.

Xatırladaq ki, “Caspian Galaxy” şirkəti Azərbaycanda “Bakı”, “Azəri”, “Şirvan”, “Freedom” və “Astra” markalarının Azərbaycanda siqaret markaları kimi qeydiyyatdan keçirmişdi.

Şirkət qeyri-ərzaq mallarınının satışı ilə məşğul olur və ölkənin 9 bölgəsində satış nöqtələrinə malikdir. “Caspian Galaxy” MMC 2011-ci ildə Vüqar Hüseynov tərəfindən təsis edilib. Şirkətə 2016-cı ildən rəhbərlik Qasımov Tural İsmayıl oğluna həvalə edilib.