Azərbaycan Türkiyədən 8 ayda 350,083 milyon dollarlıq kimyəvi maddələr alıb

14:41 - 15.09.2025


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 350,083 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.

Təkcə avqustda isə Türkiyə Azərbaycana 46,097 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % azdır.

8 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 4,3 % artaraq 21 milyard 832 milyon ABŞ dolları, avqustda isə 2,6 % artaraq 2 milyard 623 milyon ABŞ dolları olub.