10:15 - 12.09.2025
12 sentyabr, Fineko/abc.az. Etalon markalarınqiyməti cümə günü ticarətdə düşməyə davam edir.
Brent markalı neftin noyabr fyuçerslərinin ICE Futures birjasında saat 09:59-a olan məlumata görə $0,46 (0,69%) azalaraq bir barel üçün $65,91-a düşüb. Sentyabrın 11 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $1,12 (1,66%) ucuzlaşaraq bir barel üçün $66,37 təşkil edib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti saat 09:59-a olan məlumata görə, $0,47 (0,75%), bir barel üçün $61,90-a düşüb. 11 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,30 (2,04%) – bir barel üçün $62,37-a düşüb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026