Naxçıvanda vergi ödəyiciləri bu qədər artıb

14:38 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 52 min 865 vergi ödəyicisi olub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 9,2 %, şirkətlərin sayı isə 6,2 % artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 % artıb. 8 ayda kommersiya qurumlarının 86,5 %-i elektron, 13,5 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.