11:29 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Yay aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarları ilə 10 min 955 turist səfər edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, ADY ilə bu yay səfər etmiş xarici sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çox olub.