15:53 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, sentyabrın 7-dən etibarən, təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026