14:37 - 5.09.2025
5 sentyabr, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Yaponiyada istehsal olunan avtomobillərin və digər malların idxalına tariflərin endirilməsi haqqında fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, Ağ Evin saytında dərc olunan sənədə görə, ABŞ Yaponiyadan demək olar ki, bütün idxallara 15% baza tarifi təyin edir.
Bəzi sektorlar üçün ayrıca qaydalar tətbiq olunur. Bu, avtomobillər, avtomobil hissələri, aerokosmik məhsullar, əczaçılıq məhsulları və ABŞ-da hasil və ya istehsal olunmayan təbii ehtiyatlara aiddir.
Ağ Ev bildirir ki, yeni tarif sistemi ixracat və investisiyaların artması ilə birlikdə Yaponiya ilə ticarət kəsirini azaltmağa və ümumilikdə ABŞ-ın ticarət balansını yaxşılaşdırmağa kömək edəcək.