Sahibkarlar üçün xüsusi rəqəmsal müraciət imkanı təqdim edilib  

14:49 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. “Azexport” portalı ilə Mərkəzi ofisi ABŞ-da yerləşən qlobal rəqəmsal ödəniş platforması “Payoneer” arasında onlayn görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə davam edən layihələr müzakirə olunub, “Amazon”, “eBay” və digər platformalarda rast gəlinən hüquqi və texniki çətinliklər gündəmə gətirilib.

Bununla yanaşı Azərbaycan sahibkarları üçün xüsusi rəqəmsal müraciət imkanı təqdim edilib ki, bu yenilik sayəsində problemlər daha operativ şəkildə həllini tapacaq, beynəlxalq platformalara çıxış daha rahat təmin ediləcək və maliyyə axınları daha effektiv idarə olunacaq.