“VNT-Azərbaycan Logistik”in nizamnamə kapitalı 100 min manatdan 10 minə salındı

17:20 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. “VNT-Azərbaycan Logistik” MMC-nin nizamnamə kapitalı azaldılıb.

Şirkətin nizamnamə kapitalı 100 min manatdan 10 min manata endirilib.

Qeyd edək ki, “VNT-Azərbaycan Logistik” MMC-nin qanuni təmsilçisi Zaur Mütəllimov İkram oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10-dur.