Özbəkistan Prezidenti ŞƏT-in tərkibinin genişləndirilməsini dəstəkləyib

11:11 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ÇXR-də ŞƏT Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bildirib ki, Daşkənd təşkilatın genişləndirilməsinin tərəfdarıdır.

"Biz təşkilatın ardıcıl genişlənməsinin tərəfdarıyıq, çünki "ŞƏT modeli" nin uğuru onun açıqlığı və geniş əməkdaşlığa yönəlməsidir. Gələcəyini ŞƏT ilə əlaqələndirən dövlətlərin istəklərini dəstəkləməyə hazırıq", - deyə Mirziyoyevin mətbuat xidməti bildirib.

ABC.AZ xəbər verir ki, Özbəkistan liderinin sözlərinə görə, "ŞƏT-in dialoq tərəfdaşlarının tərkibinin genişləndirilməsi, o cümlədən digər bölgələrdən olan dövlətlərin hesabına təşkilatın qlobal cənub ölkələri ilə əməkdaşlıq platformasına çevrilməsinə kömək edəcək".