10:16 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. “Labubu”nun populyarlığı bu təmtəraqlı oyuncaqların yeganə rəsmi satıcısı olan Çin pərakəndə satış şirkəti “Pop Mart”ın rəhbərini zəngin edib.
ABC.AZ xəbər verir ki, ötən ilin sonunda Van Minin sərvəti 7.64 milyard dollar olaraq qiymətləndirilmişdi.
“Bloomberg”in hesablamalarına görə, növbəti səkkiz ay ərzində, onun sərvəti demək olar ki, 3.5 dəfə artıb və hazırda 26.5 milyard dollar təşkil edir.
İlin əvvəlindən sərvətinin artım tempinə görə Van Min Larri Peyc, Uorren Baffet və Ceff Bezosu qabaqlayaraq dünyanın ən zəngin adamları onluğuna daxil olub.
Sərvət baxımından çinli sahibkar reytinqdə beşinci yüzlükdən 85-ci yerə yüksəlib və indi, məsələn, Vahid Ələkbərov və Piter Tili qabaqlayır.
27 İyul 2026