“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

14:51 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında “SOCAR Polymer” MMC 157,9 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust buraxılışında bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 138,2 milyon dollar olub.