Yeddi ayda Azərbaycan ən çox hansı ölkələrə ixrac həyata keçirib?

14:28 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Rusiya Federasiyasına 716,6 milyon ABŞ dolları, Türkiyəyə 339,7 milyon ABŞ dolları, İsveçrəyə 186,6 milyon ABŞ dolları, Gürcüstana 183,4 milyon ABŞ dolları, Ukraynaya isə 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon ABŞ dolları, Türkiyəyə 52,5 milyon ABŞ dolları, İsveçrəyə 34,3 milyon ABŞ dolları, Gürcüstana 28,7 milyon ABŞ dolları,  Ukraynaya isə 14,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "PRIME COTTON" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyəti.