17:27 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 406,435 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 6,1 % artaraq 153,257 milyon manata çatıb.
Beləliklə, 7 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 38 manat olub.
Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.
30 İyul 2026
28 İyul 2026