Yığımları ən çox azalan “İpək Yolu Sığorta” şirkətidir – Hesabat

12:14 - 28.08.2025


28 avqust, Fineko/abc.az. 2024-cü ilin eyni ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın 16 sığorta şirkətindən 4-nün sığorta haqları azalıb, 12-nin isə artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir (81%) və ən çox azalan isə “İpək Yolu Sığorta” şirkətidir ( -22%).