Avropada süni intellekt vasitəsilə gənclərin kənd təsərrüfatına cəlb olunması layihəsi başlanacaq

20:41 - 24.07.2026


24 iyul, Fineko/abc.az. Tədqiqat və innovasiyalara yönəlmiş Aİ-nin Horizon Europe proqramı tərəfindən maliyyələşdirilən layihə Avropanın müxtəlif ölkələrindən olan 15 tərəfdaş təşkilatı birləşdirir. “Fermerlik qəhrəmanları” adlanan layihə çərçivəsində avropalı gənclərin kənd təsərrüfatı sahəsində karyeraya marağını artırmaq üçün bir sıra innovativ üsullar tətbiq ediləcək.

Tədqiqatçılar əvvəlcə gənclərin kənd təsərrüfatının gələcəyi ilə bağlı fikirlərini öyrənəcək, daha sonra böyük dil modelinə əsaslanan süni intellektdən istifadə etməklə ali kənd təsərrüfatı təhsili proqramlarını təhlil edəcək və onların bu gözləntilərə nə dərəcədə uyğun olduğunu qiymətləndirəcəklər.

Layihə kənd təsərrüfatına daha çox gəncin cəlb olunması ilə yanaşı, bu sahəyə gələn qadınların sayının azlığı probleminin həllinə də yönələcək. Layihəyə rəhbərlik edən Ceyms Hatton İnstitutu fəaliyyətin maliyyələşdirilməsi üçün €1 milyon vəsait alacaq. Layihənin oktyabrda başlanması və dörd il davam etməsi planlaşdırılır. Qalan vəsait digər tərəfdaşlar arasında bölüşdürüləcək.