Kibersığorta və digər texnologiya ilə bağlı risklər kimi yeni yaranan risklər də var - Vüsal Abbasov

17:30 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Bütün portfeli pərakəndə, korporativ müştərilər, banksığorta və icbari sığorta kateqoriyalarına ayırmaq məqsədə uyğun olardı.

ABC.AZ xəbər verir ki, bunu "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

"Bu dörd qrupun hamısında hansı problemlər var? Pərakəndə biznes üçün, düşünürəm ki, bazarımızın daha çox məlumat analizinə, daha çox texnologiyaya və daha çox rəqəmsal xidmətlərə ehtiyacı var. Pərakəndə tərəfdəki ikinci problem agentlik şəbəkəsi ilə bağlıdır. Etiraf etməliyik ki, agentliklərimiz və vasitəçilərimiz hələ inkişaf prosesindədir və çox iş görülməlidir. Həmçinin kibersığorta və digər texnologiya ilə bağlı risklər kimi yeni yaranan risklər də var ki, onları müştərilərimizə sata bilərik. Azərbaycanda banklar satış kanalı kimi istifadə olunur, lakin əsasən bankların malik olduğu girov üçün. Düşünürəm ki, biz sığortaçılar və banklar arasında bu əməkdaşlığı genişləndirə bilərik və banklardan kanal kimi istifadə edə bilərik ki, sığorta banklar üçün yalnız öz girovlarının sığortalanması deyil, əlavə gəlir mənbəyinə çevrilsin", - deyə, o vurğulayıb.