09:25 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Cümə axşamı baş tutan hərracda etalon markalarının qiyməti aşağı düşür.
Saat 09:20-yə olan məlumata görə, Brent markalı neftin oktyabr fyuçersi ICE Futures birjasında $0,32 (0,48%) azalaraq bir barel üçün $67,73-a düşüb. Avqustun 27-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri $0,83 (1,23%) artaraq bir barel üçün $68,05-a çatıb.
Saat 09:20-yə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,60 (0,94%), bir barel üçün $63,55-a düşüb. Avqustun 27-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,90 (1,42%) artaraq bir barel üçün $64,15-a çatıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026