17:33 - 18.08.2025
18 avqust, Fineko/abc.az. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group” MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Bu barədə ABC.AZ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadla xəbər verir.
Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.