ADY  yeddi ay ərzində Çindən 225 blok-qatar qəbul edib

10:09 - 13.08.2025


13 avqust, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib.

ADY-dən  ABC.AZ-a bildirilib ki, bu göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz artım qeydə alınıb.

Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur.