Altı ayda ixracı və idxalı azalan malların adları açıqlanıb

15:42 - 12.08.2025


12 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,2 faiz, təzə tərəvəz – 10,6 faiz, kartof – 43,2 faiz, şəkər – 66,2 faiz, bitki yağları – 31,0 faiz, çay – 2,5 faiz, mineral gübrələr – 17,2 faiz, polietilen – 4,5 faiz, emal olunmamış alüminium – 7,8 faiz, sement klinkerləri – 34,5 faiz, qara metallardan borular – 31,8 faiz, pambıq ipliyi – 26,1 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 14,2 faiz, meyvə və tərəvəz konservləri – 9,1 faiz, tütün – 48,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 30,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 37,2 faiz, pambıq lifi – 12,7 faiz, polipropilen – 5,5 faiz, elektrik enerjisi – 26,5 faiz, qara metallardan çubuqlar – 33,3 faiz, bentonit gili – 12,6 faiz azalmışdır.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyu\n aylarında buğda idxalı 56 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,3 faiz, xam şəkər – 40,6 faiz, çay – 7,2 faiz, kartof – 20,1 faiz, təzə tərəvəz – 33,4 faiz, siqaretlər – 3,4 dəfə, minik avtomobilləri – 24,2 faiz, məişət kondisionerləri – 26,6 faiz, rezin şinlər – 19,7 faiz, yük avtomobilləri – 0,2 faiz, qara metallardan çubuqlar – 29,7 faiz, mebellər – 0,2 faiz, polietilen – 9 faiz, avtobuslar – 2,4 dəfə, polipropilen – 5,4 faiz, məişət soyuducuları – 18,9 faiz artmış, bitki yağları idxalı isə 5,4 faiz, təzə meyvə – 16,4 faiz, şokolad və şokolad məhsulları – 1,3 faiz, unlu qənnadı məmulatları – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 15,4 faiz, mal əti – 18,3 faiz, dərman vasitələri – 14,6 faiz, polad prokatı – 0,2 faiz, qara metallardan borular – 29,3 faiz, hesablama maşınları, blok və qurğuları – 16,1 faiz, mineral gübrələr – 0,7 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, paltaryuyan maşınlar – 5,4 faiz, qara metallardan künclüklər – 8,7 faiz, sement – 12,7 faiz azalmışdır.